“Napoli”dən vacib 3 xal
09.03.2025 - 21:50
“Napoli”dən vacib 3 xal

İtaliya A Seriyasında XXVIII turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, "Fiorentina" səfərdə "Napoli" ilə üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada qalib tərəf ev sahibləri olub. Oyun "Napoli"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticə ilə xallarının sayını 60-a çatdıran Neapol təmsilçisi lider "İnter"dən 2-ci pillədə qərarlaşıb.

İtaliya A Seriyası
XXVIII tur

18:00. “Napoli” - “Fiorentina” - 2:1