Neymar 3 ildən sonra dubl etdi - “Santos” qələbə qazandı
05.08.2025 - 10:43
Neymar 3 ildən sonra dubl etdi - “Santos” qələbə qazandı

Braziliya çempionatında XVIII turun görüşləri keçirilir.

Apasport.az xəbər verir ki, Neymarın çıxış etdiyi “Santos” “Yuventude” üzərində 3:1 hesablı qələbə qazanıb.

Braziliyalı ulduz bu görüşdə 2 qolla yadda qalıb. O, 2022-ci ildən bəri ilk dəfə bir matçda dubl etməyə nail olub.

Qeyd edək ki, “Santos” hazırda turnir cədvəlində 18 xalla 15-ci pillədə qərarlaşıb.