“Nyukasl” “Siti” ilə bacarmadı
22.02.2026 - 02:16
İngiltərə Premyer Liqasında XXVII turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, şənbə günü növbəti matçlar baş tutub.
"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi "Nyukasl" "Mançester Siti"nin qonağı olub. Qarşılaşmada hesabı Niko Orelli açıb. Çox keçmədən Lyuis Holl hesabı bərabərləşdirib. Lakin 5 dəqiqə sonra Orelli yenidən səhnəyə çıxıb - 2:1.
Qeyd edək ki, turnir cədvəlinə 58 xalla "Arsenal" başçılıq edir. "Siti" 56 xalla ikinci pillədə qərarlaşıb.
0
0