Premyer Liqa: “Arsenal” və “Çelsi”dən qələbə
07.02.2026 - 21:04
İngiltərə Premyer Liqasında XXV turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, lider "Arsenal" öz meydanında "Sanderlend"lə üz-üzə gəlib.
Görüş "topçular"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Çelsi" isə səfərdə autsayder "Vulverhrmpton"la qarşılaşıb. "Zadəganlar" Kol Palmerin het-triki sayəsində rəqibini 3:1 hesabı ilə məğlub edib.
İngiltərə Premyer Liqası
XXV tur
19:00. "Arsenal" - "Sanderlend" - 3:0
19:00. "Vulverhempton" - "Çelsi" - 1:3
19:00. "Bornmut" - "Aston Villa" - 1:1
19:00. "Börnli" - "Vest Hem" - 0:2
19:00. "Fulhem" - "Everton" - 1:2
0
0