Premyer Liqa: “Everton” mövsümdə ilk qələbəsini qazanıb
24.08.2025 - 22:16
Premyer Liqa: “Everton” mövsümdə ilk qələbəsini qazanıb

İngiltərə Premyer Liqasında II turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, günün ilk matçında "Everton" öz meydanında "Brayton"u qəbul edib.

Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun digər oyununda isə "Mançester Yunayted" isə səfərdə "Fulhem"lə 1:1 hesablı heç-heçə edib.

İngiltərə Premyer Liqası
II tur
17:00. Everton - Brayton 2:0
17:00. Kristal Pelas - Nottingem Forest 1:1
19:30. Fulhem - Mançester Yunayted 1:1