Premyer Liqa: Lider məğlub oldu
06.12.2025 - 18:38
İngiltərə Premyer Liqasında XV tura start verilib.
Apasport.az xəbər verir ki, günün ilk matçında lider “Arsenal” səfərdə “Aston Villa” ilə qarşılaşıb.
Gərgin keçən matçda azarkeşlər üç qola şahidlik ediblər. “Topçular” bu görüşdə rəqibinə 1:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, “Arsenal” hazırda 33 xalla turnir cədvəlinin ilk sırasında qərarlaşıb. “Aston Villa” isə xalının sayını 30-a yüksəldərək ikinci pilləyə yüksəlib.
0
0