Super Liqa: “Beşiktaş”dan darmadağın
24.09.2025 - 23:14
Super Liqa: “Beşiktaş”dan darmadağın

Türkiyə Super Liqasında I turun təxirə salınmış matçı keçirilib.

Apasport.az xəbər verir ki, "Beşiktaş" səfərdə "Kayserispor"la qarşılaşıb.

Azarkeşlər 4 qola şahidlik ediblər. Rafa Silvanın het-trik etdiyi qarşılaşmada İstanbul təmsilçisi rəqibini 4 cavabsız qolla məğlub edib – 4:0.

Türkiyə Super Liqası
I tur
21:00. “Kayserispor” - “Beşiktaş” - 0:4