Super Liqa: “Fənər” “Samsunspor”la bacarmadı
05.10.2025 - 22:57
Super Liqa: “Fənər” “Samsunspor”la bacarmadı

Türkiyə Super Liqasında VIII tura yekun vurulub.

Apasport.az xəbər verir ki, son gün 4 qarşılaşma baş tutub.

Burak Yılmazın baş məşqçisi olduğu "Qaziantepspor" səfərdə "Fatih Karagümrük"lə üz-üzə gəlib. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Turun son matçında isə "Fənərbaxça" "Samsunspor"la qarşılaşıb. Gərgin keçən qarşılaşmada qol qeydə alınmayıb. Oyun 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

Türkiyə Super Liqası
VIII tur
15:30. "Kasımpaşa" - "Konyaspor" - 1:1
18:00. "Karagümrük" - "Qaziantepspor" - 0:2
21:00. "Göztəpə" - "Başakşəhər" - 1:0
21:00. "Samsunspor" - "Fənərbaxça" - 0:0