Super Liqa: “Qalatasaray”dan darmadağın
01.02.2026 - 22:57
Super Liqa: “Qalatasaray”dan darmadağın

Türkiyə Super Liqasında XX turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında “Gənclərbirliyi” doğma meydanda “Qaziantepspor”u qəbul edib.

Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Turun digər oyununda lider “Qalatasaray” öz azarkeşləri önündə “Kayserispor”la üz-üzə gəlib. İstanbul təmsilçisi rəqibini 4 cavabsız qolla darmadağın edib.