“Torino” və “Komo”dan heç-heçə
08.03.2025 - 19:58
“Torino” və “Komo”dan heç-heçə

İtaliya A Seriyasında XXVIII tur davam edir. 

Apasport.az xəbər verir ki, günün ilk matçında "Parma" öz meydanında "Torino"nu qəbul edib.

4 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Turun digər matçında "Komo" "Venezia" ilə 1:1 hesabı ilə sülhə razılaşıb.

İtaliya A Seriyası
XXVIII tur

18:00. “Parma” - “Torino” - 2:2
18:00. “Komo” - “Venezia” - 1:1