“Trabzonspor” autsayderlə bacarmadı
08.03.2025 - 23:36
“Trabzonspor” autsayderlə bacarmadı

Türkiyə Super Liqasında XXVII turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, günün son matçında "Trabzonspor" öz meydanında "Hatayspor"u qonaq edib.

Ev sahibləri autsayderlə bacara bilməyib.

Oyun "Hatayspor"un 2:1 hesablı qalibiyyəti ilə başa çatıb.

Türkiyə Super Liqası 
XXVII tur

21:30. “Trabzonspor” - “Hatayspor” - 1:2