Vlahoviç het-trik etdi, “Beşiktaş” 3 xalı 6 qolla qazandı
01.09.2026 - 00:31
Türkiyə Super Liqasında III tura yekun vurulub.
Apasport.az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçirilib.
“Beşiktaş” öz meydanında “Çorum”u qəbul edib. Səkkiz qolun vurulduğu qarşılaşma “qara qartallar”ın 6:2 hesablı qələbəsi ilə başa çatıb.
İstanbul təmsilçisinin heyətində Duşan Vlahoviç het-trik edib. Komandanın digər qollarını Vaslav Çerni, İlhan Fakılı və Amir Murilyo vurublar.
Turun digər matçında isə “Trabzonspor” səfərdə “Amedspor”la qarşılaşıb. Gərgin keçən görüşdə sevinən tərəf ev sahibləri olub - 2:1.
0
0