47 şahmatçımız Avropa çempionatında çıxış edəcək
29.10.2025 - 15:25
Bu gün Monteneqronun Budva şəhərində yeniyetmə şahmatçılar arasında Avropa çempionatında ilk turun partiyaları oynanılacaq.
Apasport.az xəbər verir ki, yarışda Avropanın 48 ölkəsindən 1169 şahmatçı mübarizə aparır.
Qitə çempionatında Azərbaycanı 47 şahmatçı təmsil edir.
Qeyd edək ki, 9 turdan ibarət Avropa çempionatında 8,10,12,14, 16 və 18 yaşlı qız və oğlanlar arasında qalib və mükafatçılar müəyyənləşəcək.
- "Shamakhi Open 2026"nın açılış mərasimi keçirilib
- Jurnalistlər arasında şahmat turnirinin qalibləri müəyyənləşib
- Azərbaycan millisi Şabranda təlim-məşq toplanışında iştirak edib
- Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millilərinin heyəti müəyyənləşib
- Qubada beynəlxalq şahmat festivalı keçiriləcək
0
0