Allahverdiyeva ikinci pillədə
02.03.2025 - 13:52
Monteneqronun Petrovaç şəhərində 20 yaşadək şahmatçılar arasında dünya çempionatı keçirilir.
Apasport.az xəbər verir ki, qızların yarışında Ayan Allahverdiyeva beşinci turda Amina Kairbakovaya (Qazaxıstan) qalib gəlib.
Azərbaycan şahmatçısı 4,5 xal toplayıb və yalnız əlavə göstəricilərə görə liderdən geri qalaraq ikincidir.
Açıq turnirdə isə Şiroğlan Talıbov və Xəzər Babazadə rəqiblərinə uduzaraq uğursuz tur keçiriblər. Talıbovun 3,5 xalı var və 15-ci yerdədir, Babazadə ondan 1 xal az toplayıb.
- "Shamakhi Open 2026"nın açılış mərasimi keçirilib
- Jurnalistlər arasında şahmat turnirinin qalibləri müəyyənləşib
- Azərbaycan millisi Şabranda təlim-məşq toplanışında iştirak edib
- Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millilərinin heyəti müəyyənləşib
- Qubada beynəlxalq şahmat festivalı keçiriləcək
0
0