Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə komandalar arasında Avropa çempionatını ikinci pillədə başa vurmaqla gümüş medala layiq görülmüş Azərbaycan komandasının üzvləri Vətənə qayıdıb.
Apasport.az xəbər verir ki, idmançıları gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.
İdmançıları hava limanında media nümayəndələri, idman həvəskarları qarşılayıblar.
Qeyd edək ki, 13 xal toplayan Azərbaycan komandası yarışı ikinci pillədə başa vurmaqla gümüş medala layiq görülüb.
Qadınlardan ibarət Azərbaycan komandası isə sonuncu görüşdə Polşaya yenilib - 1.5:2.5. Hesabında 10 xalı olan xanım şahmatçılarımız Avropa çempionatını 10-cu pillədə başa vurub.
Xatırladaq ki, Ukrayna qızıl, Serbiya bürünc medala sahib çıxıb.
- Azərbaycan şahmatçıları Avropa çempionatında liderliyi bölüşürlər - FOTO
- Təmsilçimiz Avropa çempionatında liderliyə yüksəldi
- Aydın Süleymanlı liderliyə yüksəldi - AVROPA ÇEMPİONATINDA
- Aynur Sofiyeva FIDE mükafatı ilə təltif olundu
- Dövlət qurumlarının əməkdaşları arasında şahmat yarışı keçirilib - FOTO