Azərbaycan çempionu “UzChess Cup”da birinci yeri rəsmiləşdirdi
14.06.2026 - 22:35
Özbəkistanda təşkil olunan "UzChess Cup" ənənəvi beynəlxalq şahmat turniri sona yaxınlaşır.
Apasport.az xəbər verir ki, son tur ərəfəsində "Challenge" bölməsində qalib məlum olub.
7 turda maksimum xal toplayan Azərbaycan çempionu Məhəmməd Muradlı birinci pillədə yerini təmin edib.
Aktivində 7 xal olan M.Muradlı sabah son turda Özbəkistan şahmatçısı Jakhongir Vakhidovla mübarizə aparacaq.
Nəticədən asılı olmayaraq Məhəmməd Muradlı yarışda birinci pilləni qoruyacaq.
- Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- Ülkər Umudova FİDE-nin xüsusi mükafatına layiq görülüb
- Türkdilli ölkələr şahmatın inkişafı üçün birgə layihələr həyata keçirəcək
- Kişi şahmatçılarımız Yunanıstanı böyük hesabla məğlub edib
- Qadın şahmatçılarımız erməni rəqiblərinə məğlub oldular
0
0