Sentyabrda Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşan qadın şahmatçılardan ibarət Azərbaycan millisi Şabranda təlim-məşq toplanışında iştirak edib.
Apasport.az xəbər verir ki, hazırlığa komandanın kapitanı Nicat Abasov və məşqçi Qədir Hüseynov rəhbərlik edib.
Təlim-məşqdən sonra milli komandanın üzvləri Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi ilə görüşüb. Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov olimpiadaya hazırlıq proqramı və şahmatçıların mötəbər yarışa qədər hansı turnirlərdə iştirak edəcəyi ilə maraqlanıb.
Qeyd edək ki, qadın şahmatçılardan ibarət milli komandaya Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Günay Məmmədzadə və Gülnar Məmmədova dəvət olunub.
Ümumdünya Şahmat Olimpiadası sentyabrın 15-dən 27-dək davam edəcək.
- "Sheki Open 2026" Beynəlxalq Şahmat Festivalına yekun vurulub
- Aydın Süleymanlı: “Valideynlərim də Maqnusa qalib gələcəyimi gözləmirdi”
- Şahmatçımız dünya çempionunu MƏĞLUB EDİB
- Azərbaycanın "Odlar yurdu" komandası şahmat üzrə dünya çempionatında mübarizə aparacaq
- Azərbaycan çempionu “UzChess Cup”da birinci yeri rəsmiləşdirdi