Azərbaycan şahmatçıları "Fujairah Global 2025"də
11.08.2025 - 00:23
BƏƏ-də ümumi mükafat fondu 125 min dollar olan "Fujairah Global 2025" beynəlxalq şahmat turniri keçirləcək.
Apasport.az xəbər verir ki, "Superstars" yarışında Azərbaycan təmsilçiləri Aydın Süleymanlı və Məhəmməd Muradlı çıxış edəcəklər.
Həmçinin "Masters" yarışında Read Səmədov, Xaqan Əhməd və Şiroğlan Talıbov, "Open"də isə Lalə Hüseynova, Məhəmməd Bağırov və Yaşar Şirinov qüvvələrini sınayacaqlar.
Avqustun 25-də start götürəcək turnir sentyabrın 1-də başa çatacaq.
- "Shamakhi Open 2026"nın açılış mərasimi keçirilib
- Jurnalistlər arasında şahmat turnirinin qalibləri müəyyənləşib
- Azərbaycan millisi Şabranda təlim-məşq toplanışında iştirak edib
- Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millilərinin heyəti müəyyənləşib
- Qubada beynəlxalq şahmat festivalı keçiriləcək
0
0