Azərbaycanda yeniyetmə şahmatçıların hazırlıq səviyyəsini yoxlamaq üçün sınaq testi keçirilib.
Apasport.az Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, məşqçilər Nicat Məmmədov və Ramil Alacovun hazırladığı sınaq dörd yaş kateqoriyasında təşkil olunub.
Əsas məqsəd şahmatçıların mənimsəmə qabiliyyətini öyrənərək nəticə barədə Azərbaycan Şahmat Federasiyasının müvafiq departamentinə, şəxsi məşqçilərə o cümlədən valideynlərə ətraflı məlumat verməkdi.
Qeyd edək ki, Azərbaycanın istedadlı yeniyetmə şahmatçıları hazırda Nicat Məmmədovun rəhbərliyi altında məşqlərdə iştirak edir.
- "Shamakhi Open 2026"nın açılış mərasimi keçirilib
- Jurnalistlər arasında şahmat turnirinin qalibləri müəyyənləşib
- Azərbaycan millisi Şabranda təlim-məşq toplanışında iştirak edib
- Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millilərinin heyəti müəyyənləşib
- Qubada beynəlxalq şahmat festivalı keçiriləcək