Bakıda növbəti dəfə “ustad dərsi" keçirilib - FOTO
01.10.2025 - 12:32
Bakıda növbəti dəfə “ustad dərsi" keçirilib.
Apasport.az xəbər verir ki, bu dəfə 14,16 və 18 yaşlılar arasında dünya çempionatında iştirak edəcək şahmatçılarımız üçqat Avropa çempionu, milli komandanın üzvü Rauf Məmmədovla görüşüb.
Mötəbər yarışlara hazırlıq barədə danışan R.Məmmədov müxtəlif partiyaları təhlil edərək sonda şahmatçıların suallarına cavab verib.
Qeyd edək ki, kişi şahmatçılardan ibarət Azərbaycan yığması Gürcüstanda keçiriləcək komandalar arasında Avropa çempionatında iştirak edəcək. Rauf Məmmədov Azərbaycan millisinin heyətində yer alıb.
- Ülviyyə Fətəliyeva Vyana və Bratislavada şahmatçılarla görüşüb - FOTO
- Şahmatçılarımızdan Avropa çempionatında iki medal
- Azərbaycan şahmatçıları Avropa çempionatında liderliyi bölüşürlər - FOTO
- Təmsilçimiz Avropa çempionatında liderliyə yüksəldi
- Aydın Süleymanlı liderliyə yüksəldi - AVROPA ÇEMPİONATINDA
0
0