17-21 iyun tarixlərində yeniyetmələr arasında beşinci Landau Şahmat Festivalı təşkil ediləcək.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.
Bildirilir ki, yarış 8, 10 və 12 yaşadək oğlan və qızlar arasında fərdi formatda keçiriləcək.
Qeyd edək ki, turnirdə iştirak etmək üçün FIDE ID kodunun olması zəruridir. Bu koda malik olan şagirdlər yarışda iştirak edə bilərlər.
Ümumilikdə doqquz turdan ibarət yarışın qalibləri diplom, medal və kubokla təltif olunacaqlar. Həmçinin turnir iştirakçıları üçün müxtəlif hədiyyələr də nəzərdə tutulub.
Müraciətlər 15 iyun tarixinədək qəbul ediləcək. Yarış Landau School-un “Sea Breeze” korpusunda təşkil olunacaq.
- Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- Ülkər Umudova FİDE-nin xüsusi mükafatına layiq görülüb
- Türkdilli ölkələr şahmatın inkişafı üçün birgə layihələr həyata keçirəcək
- Kişi şahmatçılarımız Yunanıstanı böyük hesabla məğlub edib
- Qadın şahmatçılarımız erməni rəqiblərinə məğlub oldular