Dünya çempionatı: Millimiz yarımfinalda heç-heçə edib
23.11.2025 - 00:18
Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatının yarımfinal mərhələsində Qazaxıstan komandası ilə üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, yığmalar iki qarşılaşma keçiriblər.
Hər iki görüş 2:2 hesabı ilə bitib. Bu səbəblə finala yüksələn tərəf sabah baş tutacaq taybreykdə bəlli olacaq.
Qeyd edək ki, millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.
- "Shamakhi Open 2026"nın açılış mərasimi keçirilib
- Jurnalistlər arasında şahmat turnirinin qalibləri müəyyənləşib
- Azərbaycan millisi Şabranda təlim-məşq toplanışında iştirak edib
- Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millilərinin heyəti müəyyənləşib
- Qubada beynəlxalq şahmat festivalı keçiriləcək
0
0