Şimali Makedoniyanın Skopye şəhərində keçirilən şahmatın rapid və blits üzrə Avropa çempionatı başa çatıb.
Apasport.az xəbər verir ki, bu gün şahmatçılar blitsdə qüvvələrini sınayıblar.
Niderlandlı Yorden Van Foreest 13 turdan ibarət mübarizədə 11 xal toplayaraq, çempion olub. Blitsdə rapiddə olduğu kimi şahmatçılarımızdan ən yaxşı nəticəyə Eltac Səfərli imza atıb. 10 xala malik qrossmeysterimiz 9-cu yeri tutub. 9,5 xal toplayan Rauf Məmmədov 11-ci, Məhəmməd Muradlı 14-cü pillədə qərarlaşıb. Çempionatı Namiq Quliyev (8 xal) 66-cı, Elnur Əliyev (7,5 xal) 101-ci başa vurub.
Qeyd edək ki, rapiddə 11 turun yekununda sloveniyalı Vladimir Fedoseyev 1-ci yeri tutub.
- Azərbaycan şahmatçıları Avropa çempionatında liderliyi bölüşürlər - FOTO
- Təmsilçimiz Avropa çempionatında liderliyə yüksəldi
- Aydın Süleymanlı liderliyə yüksəldi - AVROPA ÇEMPİONATINDA
- Aynur Sofiyeva FIDE mükafatı ilə təltif olundu
- Dövlət qurumlarının əməkdaşları arasında şahmat yarışı keçirilib - FOTO