Beynəlxalq Şahmat Federasiyası (FIDE) Rusiya Şahmat Federasiyasının üzvlüyünü müvəqqəti dayandırıb.
Apasport.az xəbər verir ki, bu barədə FIDE-nin mətbuat xidməti məlumat yayıb.
Buna səbəb qurumun İdman Arbitraj Məhkəməsinin (CAS) qərarına əməl etməməsi olub.
İyunun 9-dək yerinə yetirilməli olan tələblər baş tutmayıb. Həmin tələblər Rusiyanın Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərində, eləcə də Krımda bütün fəaliyyətini 90 gün ərzində dayandırmalı olduğunu bildirirdi.
CAS-ın qərarının icrasını qiymətləndirmək və FIDE Nizamnaməsinə uyğun qərarlar qəbul etmək üçün iyunun 17-də beynəlxalq təşkilatın Şurasının iclası planlaşdırılır.
- Millimiz türkdilli ölkələrin şahmat çempionatında ÇEMPİON OLUB - FOTO
- Türkdilli ölkələr arasında şahmat üzrə açıq çempionat keçiriləcək
- Şahmatçımız beynəlxalq turnirdə ikinci oldu
- Şahmatçılarımız dünya çempionatında mübarizə aparır - FOTO
- "Baku Open" Beynəlxalq Şahmat Festivalının son turuna start verilib - FOTO