Gəncədə beynəlxalq şahmat festivalına start verilib - FOTO
11.11.2025 - 23:56
Gəncədə beynəlxalq şahmat festivalına start verilib - FOTO

“Ganja Open 2025” beynəlxalq şahmat festivalına start verilib. 

Apasport.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyası və Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, “SOCAR” və “Papatya Park Premuim”un sponsorluğu, “Bəyaz” Şahmat Klubu və “Sirab”ın tərəfdaşlığı ilə keçirilən festivalda 12 ölkədən 300-dən artıq şahmatçı iştirak edir.

Festivalda şahmatçılar A və B qruplarında mübarizə aparır. Hər iki qrupda yarışlar İsveçrə sistemi üzrə 9 turdan ibarət olmaqla təşkil olunur.

Festivalın ümumi mükafat fondu 41.200 AZN təşkil edir. A qrupunun qalibi 10.000 AZN, B qrupunda isə ilk yeri tutacaq şahmatçı 1.100 AZN qazanacaq. Festival çərçivəsində həmçinin rapid və blits keçirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, festival Azərbaycan Şahmat Federasiyasının "Chess Tour Azerbaijan" layihəsi çərçivəsində keçirilir. Bu, layihənin sayca 7-ci festivalıdır. Festivala 17 noyabrda yekun vurulacaq.