Hindistanda keçirilən turnirdə 2 şahmatçımız liderlər arasındadır
05.06.2024 - 12:55
Hindistanda keçirilən turnirdə 2 şahmatçımız liderlər arasındadır

Hindistanın Qandinaqar şəhərində şahmat üzrə gənclər arasında dünya çempionatında III turun partiyaları oynanılıb.

Apasport.az xəbər verir ki, hesabat turunda Azərbaycan təmsilçilərindən Ayan Allahverdiyeva qara fiqurlarla hindistanlı Saparya Qhosu üstələyib. Qara fiqurlarla mübarizə aparan digər təmsilçimiz Nərmin Abdinova isə yerli şahmatçı Advika Saruprianı məğlub edib. Səbinə Rzalı da 3-cü turda qələbə qazanıb. O Hasini Kamabathulanı (Hindistan) təslim olmağa məcbur edib.

Bu nəticələrdən sonra A.Allahverdiyeva və N.Abdinova maksimum nəticə ilə liderlər sırasında qərarlaşıb. S.Rzalı isə 1,5 xalla 59-cu pillədə yer alıb.

Xatırladaq ki, turnir İsveçrə sistemi ilə keçirilir. 11 turdan ibarət yarışda 44 ölkədən 102 şahmatçı mübarizə aparır.

0