İki şahmatçımız Serbiyaya yollanır
03.04.2025 - 13:58
Aprelin 4-14-ü aralığında Serbiyada ISF U-15 Gimnaziada İdman Oyunlarında Azərbaycanı təmsil edəcək şahmatçılar müəyyənləşib.
Apasport.az xəbər verir ki, rapid və blits üzrə keçirilən yarışda şahmatçılar Paşam Əlizadə və Məryəm Ağaverdiyeva mübarizə aparacaq. Şahmatçılar səfərə məşqçi Nicat Məmmədovun rəhbərliyi altında yollanacaq.
Qeyd edək ki, gimnaziadada şahmat üzrə rapid yarışları aprelin 6-8-i aralığında, blits oyunları isə aprelin 10-da baş tutacaq.
- Azərbaycan çempionatının mükafat fondu bilindi
- Maqnus Karlsen altıncı dəfə rapid üzrə dünya çempionu oldu
- Qətərdə rapid və blits üzrə dünya çempionatı start götürüb
- Beynəlxalq yarışlarda uğurlu çıxış edən şahmatçılarımız mükafatlandırılıb - FOTO
- Şahmatçılarımız türkdilli dövlətlər arasında çempion olub - FOTO
0
0