Maqnus Karlsen altıncı dəfə rapid üzrə dünya çempionu oldu
29.12.2025 - 09:18
Norveçli qrossmeyster Maqnus Karlsen Qətərin paytaxtı Dohada keçirilən Dünya Rapid Çempionatının qalibi olub.
Apasport.az xəbər verir ki, norveçli 10,5 xal toplayaraq 6-cı dəfə turnirin qalibi olub.
O, daha əvvəl 2014, 2015, 2019, 2022 və 2023-cü illərdə titul qazanıb.
Vladislav Artemyev (neytral olaraq oynayır) hindistanlı Arjun Erigaysi qabaqlayaraq ikinci yerə sahib çıxıb.
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 9 xal toplayıb və 6-13-cü yerləri bölüşüb.
- Azərbaycan şahmatçıları Avropa çempionatında liderliyi bölüşürlər - FOTO
- Təmsilçimiz Avropa çempionatında liderliyə yüksəldi
- Aydın Süleymanlı liderliyə yüksəldi - AVROPA ÇEMPİONATINDA
- Aynur Sofiyeva FIDE mükafatı ilə təltif olundu
- Dövlət qurumlarının əməkdaşları arasında şahmat yarışı keçirilib - FOTO
0
0