Milli komandalarımız Qazaxıstan yığması ilə üz-üzə
17.09.2024 - 12:33

45-ci Ümumdünya Şahmat Olimpiadasının VII turunda Azərbaycan millilərinin rəqibləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, VII turda kişilərdən ibarət millimiz Qazaxıstanla qarşılaşacaq.
Şahmatçılarımız 8 xalla 22-ci pillədə qərarlaşıblar.
Qadınlardan ibarət yığmamız da Qazaxıstanla qarşılaşacaqlar. Komanda hazırda 10 xalla 10-cu pillədə yer tutur.
Qeyd edək ki, sentiyabrın 17-si Olimpiadada istirahət günüdür, VII turun oyunları sabah keçiriləcək.
- "Chess Tour Azerbaijan"da iştirak edən şahmatçıların sayı açıqlanıb
- Azərbaycan şahmatçıları "Fujairah Global 2025"də
- Balakəndə Respublika Şahmat Olimpiadasına start verilib - FOTO
- Mahir Məmmədov Bakıda, regionlarda və xaricdə yaşayan azərbaycanlı məşqçilərlə görüşüb - FOTO
- “Vugar Gashimov Open 2025" turnirinə yekun vurulub - FOTO
0
0