Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.
Apasport.az xəbər verir ki, 28 yaşlı qrossmeyster VII turda Hindistan təmsilçisi Vidit Santoş ilə münasibətləri aydınlaşdıracaq.
Milli üzvü ağ fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. N.Abasov altı turdan sonra 1,5 xalla 7-8-ci yerləri bölüşdürür.
Bu gün həmçinin Əlireza Firuzca (Fransa) - Dommaracu Qukeş (Hindistan), Hikaru Nakamura (ABŞ) - Yan Nepomnyaşi (FIDE), Fabiano Karuana (ABŞ) - Rameşbabu Praqnanandha (Hindistan) görüşləri baş tutacaq.
İddiaçılar Turniri aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.
Qeyd edək ki, turnirin mükafat fondu 500 min avrodur. Qalib 48 min avro qazanacaq.
- Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi gənc şahmatçıların valideynləri ilə görüş keçirib
- Sərxan Həşimov ECU vitse-prezidentliyinə namizəd oldu
- Nicat Abasov: "Sanki çempionatın finalında mübarizə aparırdım"
- Ülviyyə Fətəliyeva Vyana və Bratislavada şahmatçılarla görüşüb - FOTO
- Şahmatçılarımızdan Avropa çempionatında iki medal