Bakıda keçirilən şahmat üzrə “Çempionların savaşı”turnirində rapid yarışlarına yekun vurulub.
Apasport.az xəbər verir ki, kişilərin mübarizəsində Azərbaycan çempionu Rauf Məmmədov FIDE Dünya çempionu Rüstəm Kasımcanovla (Özbəkistan) qarşılaşıb.
Rapid partiyalarından sonra R.Məmmədov 4:2 hesabı ilə üstünlük qazanıb.
Qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə dünya və Avropa çempionu Antoaneta Stefanova (Bolqarıstan) ilə mübarizə aparıb. Rapid partiyalarının yekununa əsasən Günay 3,5:2,5 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, qalib rapid və blits oyunların nəticəsinə əsasən müəyyənləşəcək.
- Azərbaycan çempionatının mükafat fondu bilindi
- Maqnus Karlsen altıncı dəfə rapid üzrə dünya çempionu oldu
- Qətərdə rapid və blits üzrə dünya çempionatı start götürüb
- Beynəlxalq yarışlarda uğurlu çıxış edən şahmatçılarımız mükafatlandırılıb - FOTO
- Şahmatçılarımız türkdilli dövlətlər arasında çempion olub - FOTO