Bu gün Şuşada 10-cu Vüqar Həşimov Memorialına start verilib.
Apasport.az xəbər verir ki, yubiley turnirində Yan Nepomnyaşi, Vladislav Artemyev (hər ikisi Rusiya), Riçard Rapport (Macarıstan), Aravind Çatambaram (Hindistan), Nodibrek Abdusattorov (Özbəkistan), Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlı (hər üçü Azərbaycan) çıxış edirlər.
İlk iki gündə rapid, sonra isə blits oynanılacaq.
Bu gün rapid üzrə üç tur baş tutub. İlk oyunlardan sonra Rapport və Nepomnyaşi liderliyi ələ alıb.
1-ci tur
Artemyev - Süleymanlı - 0,5:0,5
Nepomnyaşi - Məmmədyarov - 0,5:0,5
Abdusattorov - Çitambaram - 1:0
Rapport - Məmmədov - 1:0
2-ci tur
Abdusattorov - Süleymanlı - 0,5:0,5
Nepomnyaşi - Artemyev - 1:0
Məmmədyarov - Məmmədov - 0,5:0,5
Çitambaram - Rapport - 0:1
3-cü tur
Abdusattorov - Nepomnyaşi - 0:1
Rapport - Süleymanlı - 0:1
Artemyev - Məmmədyarov - 1:0
Məmmədov - Çitambaram - 0:1
Turnir cədvəli: Rapport, Nepomnyaşi - 5, Artemyev, Abdusattorov, Süleymanlı - 3, Məmmədyarov, Çitambaram - 2, Məmmədov - 1 xal.
- Azərbaycan şahmatçıları Avropa çempionatında liderliyi bölüşürlər - FOTO
- Təmsilçimiz Avropa çempionatında liderliyə yüksəldi
- Aydın Süleymanlı liderliyə yüksəldi - AVROPA ÇEMPİONATINDA
- Aynur Sofiyeva FIDE mükafatı ilə təltif olundu
- Dövlət qurumlarının əməkdaşları arasında şahmat yarışı keçirilib - FOTO