Rəsulov erməni rəqibini də məğlub etdi
16.02.2025 - 14:23
Azərbaycan şahmatçısı Vüqar Rəsulov İranın Gilan şəhərində keçirilən "Xəzər dənizi kuboku" (“Caspian Sea Cup”) beynəlxalq turnirində liderliyini möhkəmləndirib.
Apasport.az xəbər verir ki, o, altıncı turda Levon Babucyana (Ermənistan) qalib gələrək qələbə seriyasını davam etdirib.
Qrossmeysterimiz 6 xal toplayıb və ən yaxın izləyicilərini bir xal qabaqlayaraq, turnir cədvəlinin vahid lideridir.
Yarışda 15 ölkədən 116 şahmatçı iştirak edir.
- "Shamakhi Open 2026"nın açılış mərasimi keçirilib
- Jurnalistlər arasında şahmat turnirinin qalibləri müəyyənləşib
- Azərbaycan millisi Şabranda təlim-məşq toplanışında iştirak edib
- Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millilərinin heyəti müəyyənləşib
- Qubada beynəlxalq şahmat festivalı keçiriləcək
0
0