
Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Milli Xalça Muzeyinin birgə təşkilatçılığıyla keçiriləcək “Çempionların savaşı” adlı turnirin heyətində dəyişiklik baş verib.
Apasport.az xəbər verir ki, hindistanlı dünya çempionu Vişvanatan Anand həkimlərin rəyinə əsasən səhhətində yaranan narahatlıqla bağlı səfərə çıxa bilməyəcəyini bildirib.
Bununla bağlı Azərbaycan Şahmat Federasiyasına müraciət edən Anand növbəti yarışlarda böyük məmnuniyyətlə iştirak edəcəyini söyləyib.
28-30 aprel tarixlərində Azərbaycan Milli Xalça Muzeyində təşkil olunacaq turnirdə Azərbaycan çempionu Rauf Məmmədov özbəkistanlı dünya çempionu Rüstəm Kasımcanova qarşı çıxış edəcək.
Qeyd edək ki, qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə həmin turnirdə dünya və Avropa çempionu Antoaneta Stefanova ilə mübarizə aparacaq. “Çempionlar savaşı”nda qalib rapid və blits üzrə turnirlərin cəminə əsasən müəyyənləşəcək.
- Şahmatçılarımız dünya çempionatında iştirak edəcəklər
- FIDE reytinqi: Şəhriyar Məmmədyarov 2, Ülviyyə Fətəliyeva 23 pillə irəliləyib
- Bakıda növbəti dəfə “ustad dərsi" keçirilib - FOTO
- Azərbaycan şahmatçıları təlim-məşq toplanışına başlayıblar
- Gəncədə III MDB Oyunlarına dəstək məqsədi ilə şahmat yarışı keçiriləcək