Şahmat federasiyasından yeni layihə
30.03.2026 - 23:34
Azərbaycan Şahmat Federasiyası yeni layihəyə start verib.
Apasport.az xəbər verir ki, milli komandanın üzvləri eləcə də tanınmış şahmatçılar federasiyanın internet səhifəsi üzərindən “Ustad dərsləri”ndə iştirak edəcək.
“Ustad dərsi”ndə şahmatçılar müxtəlif partiyaları təhlil edəcək, karyeralarında ən çətin oyunlar barədə danışacaq.
“Ustad dərsi”nin növbəti buraxılışında milli komandanın üzvü, 20 yaşlılar arasında dünya çempionu Gövhər Beydullayeva qonaq olub.
0
0