8, 10, 12, 14, 16 və 18 yaşadək şahmatçılar arasında Azərbaycan çempionatının qalibləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Müxtəlif yaş kateqoriyalarında Kənan Babasoy, Mələk Əsədli (8 yaşadək), Atilla Orman, Mehriban Əhmədli (10 yaşadək), Nurlan Əzizli, Fatimə Mirzəliyeva (12 yaşadək), Paşam Əlizadə, Səadət Bəşirli (14 yaşadək), Rüstəm Rüstəmov, Ayan Hüseynli (16 yaşadək), Rəvan Uguzov, Nurtən Nuriyeva (18 yaşadək) birinci olublar.
Çempionatın bağlanış mərasimində iştirak edən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov qalibləri təbrik edərək, onlara növbəti yarışlarda uğurlar arzulayıb.
Qeyd edək ki, yarışda 136 şahmatçı mübarizə aparıb.
- Ülviyyə Fətəliyeva Vyana və Bratislavada şahmatçılarla görüşüb - FOTO
- Şahmatçılarımızdan Avropa çempionatında iki medal
- Azərbaycan şahmatçıları Avropa çempionatında liderliyi bölüşürlər - FOTO
- Təmsilçimiz Avropa çempionatında liderliyə yüksəldi
- Aydın Süleymanlı liderliyə yüksəldi - AVROPA ÇEMPİONATINDA