Azərbaycan şahmatçıları Monteneqronun Petrovaç şəhərində keçiriləcək şahmat üzrə şəxsi Avropa çempionatında iştirak edəcəklər.
Apasport.az xəbər verir ki, ölkəmiz qitə çempionatında 22 şahmatçı ilə təmsil olunacaq.
Turnirdə Rauf Məmmədov, Eltac Səfərli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Vüqar Rəsulov, Vasif Durarbəyli, Əhməd Əhmədzadə, Misrətdin İsgəndərov, Riad Səmədov, Namiq Quliyev, Xəzər Babazadə, Vüqar Manafov, Xaqan Əhməd, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva, Şiroğlan Talıbov, Orxan Abdulov, Allahverdi Həmidov, Şahin Vəliyev, Ümid Aslanov, Elcan Əbdülkərimli, Orxan Bağırov və Kamran Vəlizadə mübarizə aparacaqlar.
Qeyd edək ki, noyabrın 8-dən 19-dək davam edəcək Avropa çempionatında ümumilikdə 42 ölkənin şahmatçıları çıxış edəcək.
- Azərbaycan çempionatının mükafat fondu bilindi
- Maqnus Karlsen altıncı dəfə rapid üzrə dünya çempionu oldu
- Qətərdə rapid və blits üzrə dünya çempionatı start götürüb
- Beynəlxalq yarışlarda uğurlu çıxış edən şahmatçılarımız mükafatlandırılıb - FOTO
- Şahmatçılarımız türkdilli dövlətlər arasında çempion olub - FOTO