Şahmatçılarımız Avropa çempionatında mübarizə aparacaqlar
31.03.2025 - 09:55
Bu gün Yunanıstanın Rodos adasında fərdi Avropa çempionatı start götürəcək.
Apasport.az xəbər verir ki, Azərbaycanın qadın şahmatçıları turnirdə mübarizə aparacaqlar.
Yarışlarda 8 idmançımız öz gücünü sınayacaq.
Qitə birinciliyində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Ayan Allahverdiyeva, Türkan Məmmədyarova, Səbinə İbrahimova, Nərmin Abdinova və Lalə Hüseynova çıxış edəcək.
İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət olan yarış aprelin 11-də başa çatacaq.
- Jurnalistlər arasında şahmat turnirinin qalibləri müəyyənləşib
- Azərbaycan millisi Şabranda təlim-məşq toplanışında iştirak edib
- Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millilərinin heyəti müəyyənləşib
- Qubada beynəlxalq şahmat festivalı keçiriləcək
- "Lankaran Open 2026" Beynəlxalq Şahmat Festivalına start verilib
0
0