Şahmatçılarımız Avropa çempionatını ilk 20-də bitirib
26.03.2025 - 23:56
Şahmatçılarımız Avropa çempionatını ilk 20-də bitirib

Bu gün Rumıniyanın Eforie Nord şəhərində kişilər arasında şahmat üzrə Avropa çempionatı başa çatıb.

Apasport.az xəbər verir ki, azərbaycanlı şahmatçılardan ən yüksək nəticəyə Nicat Abasov imza atlb.

Son turda heç-heçə oynayan qrossmeysterimiz 8 xalla 8-ci yeri tutub. Son turu qələbə ilə başa vuran Read Səmədov ilk 20-liyə daxil olub.

Turnir cədvəlinin ilk 20 pilləsində yer alan şahmatçılar Dünya kubokunun finalına vəsiqə qazanıblar.

11-ci turda Azərbaycan şahmatçılarının qarşılaşdığı rəqiblər:
Mattias Bluebaum (Almaniya) - Nicat Abasov - 0,5:0,5
Baadur Cobava (Gürcüstan) - Aydın Süleymanlı - 0,5:0,5
Maksim Laqard (Fransa) – Əhməd Əhmədzadə - 0,5:0,5
Read Səmədov - Vasili İvançuk (Ukrayna) - 1:0
Qay Levin (İsrail) - Məhəmməd Muradlı - 0:1
Misrətdin İskəndərov - Eyal Noy (İsrail) - 0,5:0,5
Yan Sibel (Sloveniya) – Şahin Vəliyev - 1:0
Ümid Aslanov - Yan Klimkovski (Polşa) - 0,5:0,5
Mirça Parliqras (Rumıniya) - Xaqan Əhməd - 0,5:0,5
Şiroğlan Talıbov - Andrey Bonte (Rumıniya) - 1:0
Bendequs Bodrogi (Macarıstan) – Süleyman Süleymanlı - 1:0
Vüqar Manafov - Maksım Dubneviç (Ukrayna) - 1:0
Elmar Atakişiyev – Kristian Arseni (İsveçrə) - 0,5:0,5

Turnir cədvəlindəki yekun vəziyyət: 
1. Matias Bluebaum (Almaniya), 2. Frederik Svane (Almaniya), 3. Maksim Rodşteyn (İsrail) – hərəyə 8,5 xal,
7. Nicat Abasov, 12. Raed Səmədov - hərəyə 8 xal, 23. Əhməd Əhmədzadə, 27. Aydın Süleymanlı - hərəyə 7,5 xal, 37. Məhəmməd Muradlı - 7 xal, 78. Misrətdin İskəndərov, 90. Şiroğlan Talıbov, 105. Ümid Aslanov - hərəyə 6,5 xal, 128. Şahin Vəliyev, 133. Xaqan Əhməd, 138. Vüqar Manafov - hərəyə 6 xal. 228. Süleyman Süleymanlı, 246. Elmar Atakişiyev - hərəyə 5 xal.