Şahmatçılarımız “Çempionların savaşı”nda qalib gəliblər
30.04.2025 - 19:34
Bakıda keçirilən “Çempionların savaşı” şahmat turniri başa çatıb.
Apasport.az xəbər verir ki, qaliblər rapid və blitsdə keçirilən partiyalardan sonra bəlli olub.
Kişilər arasında Azərbaycan çempionu Rauf Məmmədov Dünya kubokunun keçmiş qalibi Rüstəm Kasımcanovla (Özbəkistan) qarşılaşıb. Rapid 8:4 hesabı ilə üstünlük qazanan şahmatçımız blitsdə eyni uğuru təkrarlaya bilməyib. Amma bu ona ümumi hesabda qələbə qazanmağa mane olmayıb.
Qadınların mübarizəsində isə Günay Məmmədzadə qalib gəlib. O, rapiddə əldə etdiyi üstünlüyü sonadək qoruyub.
- "Shamakhi Open 2026"nın açılış mərasimi keçirilib
- Jurnalistlər arasında şahmat turnirinin qalibləri müəyyənləşib
- Azərbaycan millisi Şabranda təlim-məşq toplanışında iştirak edib
- Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millilərinin heyəti müəyyənləşib
- Qubada beynəlxalq şahmat festivalı keçiriləcək
0
0