Şahmatçılarımız dünya çempionatında mübarizəyə başlayır
18.11.2025 - 10:59
Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində keçiriləcək dünya çempionatında bu gün mübarizəyə başlayacaq.
Apasport.az xəbər verir ki, A qrupunda yer alan yığma ilk olaraq Peru ilə üz-üzə gələcək.
Qrupun digər görüşlərində ABŞ İspaniya ilə, FIDE komandası ilə Qazaxıstanla münasibətlərə aydınlıq gətirəcək.
Millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.
Qeyd edək ki, dünya çempionatı noyabrın 24-də başa çatacaq.
- "Shamakhi Open 2026"nın açılış mərasimi keçirilib
- Jurnalistlər arasında şahmat turnirinin qalibləri müəyyənləşib
- Azərbaycan millisi Şabranda təlim-məşq toplanışında iştirak edib
- Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millilərinin heyəti müəyyənləşib
- Qubada beynəlxalq şahmat festivalı keçiriləcək
0
0