Türkdilli dövlətlər arasında təşkil olunan U16 yaş qrupu üzrə üzrə I komanda çempionatı başa çatıb.
Apasport.az xəbər verir ki, Türkiyənin Qaziantep şəhərində keçirilən turnirdə 6 türkdilli dövləti təmsil edən 8 komanda iştirak edib.
Yarışda Azərbaycanla yanaşı, təşkilatçı ölkə Türkiyə, Türkmənistan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın şahmatçıları mübarizə aparıb.
Yarış dairəvi sistem üzrə təşkil olunub.
Hər komanda bir oğlan və bir qız şahmatçıdan ibarət olub (U16 kateqoriyası üzrə).
Azərbaycan komandası 11 xalla yarışı 1-ci yerdə başa vuraraq çempion olub.
Eyni xala malik Özbəkistan təmsilçiləri əlavə göstəricilərə görə 2-ci yeri tutub. Türkiyə yarışı 3-cü yerdə başa vurub.
Yarışın bağlanış mərasimində Azərbaycan komandasına medal və diplom təqdim olunub. Qalibin şərəfinə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, Azərbaycan komandasının heyətində Rüstəm Rüstəmov və Məryəm Ağaverdiyeva çıxış edib. Komandanın kapitanı Fərid Abbasov olub.
- Jurnalistlər arasında şahmat turnirinin qalibləri müəyyənləşib
- Azərbaycan millisi Şabranda təlim-məşq toplanışında iştirak edib
- Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millilərinin heyəti müəyyənləşib
- Qubada beynəlxalq şahmat festivalı keçiriləcək
- "Lankaran Open 2026" Beynəlxalq Şahmat Festivalına start verilib