Süleymanlıdan son turda qələbə
06.03.2025 - 19:22

Moskvada "Aeroflot Open" beynəlxalq şahmat turniri başa çatıb.
Apasport.az xəbər verir ki, Azərbaycan şahmatçısı Aydın Süleymanlı sonuncu - 9-cu turda rusiyalı İvan Rozuma qalib gəlib.
Qələbə qrossmeysterimizə 5,5 xal toplayaraq yarışı 36-cı pillədə başa vurmağa imkan verib.
Digər təmsilçimiz Rəvan Əliyev isə Dmitri Rostovtsev (Rusiya) ilə heç-heçə sayəsində xalını 4-ə çatdırıb və 90-cı yerdə qərarlaşıb.
Dünya tacı uğrunda görüşlərin ikiqat iştirakçısı Yan Nepomnyaşi 7 xalla "Aeroflot Open"in qalibi olub.
0
0