Teymur Rəcəbov 5-ci oldu
29.06.2025 - 00:42
Moskvada keçirilən "Şahmat Ulduzları 5.0" turnirində rapid yarışına yekun vurulub.
Apasport.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən Teymur Rəcəbov 5 xalla 5-ci yeri tutub.
Son 3 turda Rəcəbov 3 heç-heçəyə imza atıb. Şahmatçımız Valentinina Qunina, Raunak Sanhvani və Yifan Hu ilə xalları yarıya bölüb.
Yekunda Vladislav Artemyev 9 turdan sonra 7 xalla ilk pilləni tutub.
Qeyd edək ki, bu gün və sabah blitsdə 18 tur təşkil olunacaq.
- "Shamakhi Open 2026"nın açılış mərasimi keçirilib
- Jurnalistlər arasında şahmat turnirinin qalibləri müəyyənləşib
- Azərbaycan millisi Şabranda təlim-məşq toplanışında iştirak edib
- Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millilərinin heyəti müəyyənləşib
- Qubada beynəlxalq şahmat festivalı keçiriləcək
0
0