Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə növbəti dəfə “ustad dərsi" keçirilib.
Apasport.az xəbər verir ki, yeniyetmələr arasında respublika çempionatının qalib və mükafatçıları o cümlədən perspektivli şahmatçılar bu dəfə Dünya kubokunun qalibi, üçqat Avropa çempionu Teymur Rəcəbovla görüşüb.
Mötəbər yarışlara hazırlıq barədə danışan Rəcəbov müxtəlif partiyaları təhlil edərək sonda uşaqların suallarına cavab verib.
Qeyd edək ki, oktyabrda kişi şahmatçılardan ibarət Azərbaycan yığması Gürcüstanda keçiriləcək komandalar arasında Avropa çempionatında iştirak edəcək. Azərbaycan komandasının kapitanı Teymur Rəcəbov olacaq.
- "Shamakhi Open 2026"nın açılış mərasimi keçirilib
- Jurnalistlər arasında şahmat turnirinin qalibləri müəyyənləşib
- Azərbaycan millisi Şabranda təlim-məşq toplanışında iştirak edib
- Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millilərinin heyəti müəyyənləşib
- Qubada beynəlxalq şahmat festivalı keçiriləcək