Vüqar Həşimov Şahmat Fondu və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığıyla keçirilən "Vugar Gashimov Open 2025" beynəlxalq şahmat turnirinə yekun vurulub.
Apasport.az xəbər verir ki, 9 turdan sonra hamıdan çox 8 xal toplayan Əhməd Əhmədzadə yarışın qalibi adını qazanıb.
Hərəyə 7,5 xal toplayan Tunar Davudovla Murad İbrahimli müvafiq olaraq 2-3-cü yerləri bölüşdürüb.
Qeyd edək ki, turnirdə 6 ölkədən 205 şahmatçı iştirak edib. Reqlamentə əsasən yarışın qalibi kubok və 4500 manat pul mükafatı qazanıb.
11-ci dəfə keçirilən "Vugar Gashimov Open" cari il "Azərbaycan Şahmat Turu" layihəsinə daxil edilib.
- "Shamakhi Open 2026"nın açılış mərasimi keçirilib
- Jurnalistlər arasında şahmat turnirinin qalibləri müəyyənləşib
- Azərbaycan millisi Şabranda təlim-məşq toplanışında iştirak edib
- Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millilərinin heyəti müəyyənləşib
- Qubada beynəlxalq şahmat festivalı keçiriləcək