Xaqan Əhməd qələbə ilə başladı
28.06.2025 - 10:49
Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən "Chess Tour Azerbaijan" "Shamakhi Open" festivalı ilə davam edir.
Apasport.az xəbər verir ki, A turnirində 26, B turnirində isə 73 şahmatçı çıxış edir.
Əsas yarışda on iştirakçı birinci mərhələdə qələbə qazanıb. Onların arasında Vitali Bernadski (Ukrayna), gənc azərbaycanlı istedad Xaqan Əhməd, Xəzər Babazadə, Vüqar Manafov və başqaları var.
Qeyd edək ki, Xaqan Əhməd bir neçə gün əvvəl “Sheki Open”in qalibi olub.
- Ülviyyə Fətəliyeva Vyana və Bratislavada şahmatçılarla görüşüb - FOTO
- Şahmatçılarımızdan Avropa çempionatında iki medal
- Azərbaycan şahmatçıları Avropa çempionatında liderliyi bölüşürlər - FOTO
- Təmsilçimiz Avropa çempionatında liderliyə yüksəldi
- Aydın Süleymanlı liderliyə yüksəldi - AVROPA ÇEMPİONATINDA
0
0