DÇ-2026-dan sonra ayrılıqlar - 6 milli baş məşqçisini göndərdi
01.07.2026 - 02:29
2026-cı il dünya çempionatında uğursuz çıxış edən bir neçə milli komandada baş məşqçi ayrılığı yaşanıb.
Apasport.az xəbər verir ki, mundialın gedişində və turnirdən sonra 6 yığma komanda çalışdırıcısı ilə yollarını ayırıb.
Siyahı belədir:
Tunis - Sabri Lamuşi
Şotlandiya - Stiv Klark
Cənubi Koreya - Hon Myonq Bo
Çexiya - Miroslav Koubek
Niderland - Ronald Kuman
Uruqvay - Marselo Bielsa
Qeyd edək ki, siyahıdakı bütün komandalar DÇ-2026-da mübarizəni dayandırıb.
0
0