Dünya çempionatı finalında tarixi yaş fərqi
19.07.2026 - 23:50
Dünya çempionatı finalında tarixi yaş fərqi

​Argentina və İspaniya arasında keçirilən 2026-cı il Dünya çempionatının final matçında maraqlı göstərici qeydə alınıb.

Apasport.az xəbər verir ki, finalda meydanda olan Lionel Messi və Lamin Yamal arasındakı yaş fərqi DÇ finalları tarixinə rekord kimi düşüb.

​Belə ki, ötən ay 39 yaşı tamam olan Lionel Messi ilə turnir gedişində 19 yaşını qeyd edən Lamin Yamal eyni final matçında ilk 11-likdə yer alıblar.

​Bu, Dünya çempionatları tarixində final oynayan komandaların heyətində 20 ildən çox yaş fərqi olan oyunçuların birgə forma geyindiyi ilk görüş olub.