Keyndən “ağ nöqtə” rekordu - DÇ-da ilk dəfə
18.06.2026 - 00:20
Keyndən “ağ nöqtə” rekordu - DÇ-da ilk dəfə

İngiltərə millisinin kapitanı Harri Keyn dünya çempionatları tarixində yeni göstəriciyə imza atıb.

Apasport.az xəbər verir ki, 33 yaşlı hücumçu buna DÇ-2026-nın qrup mərhələsində Xorvatiya ilə matçda nail olub.

Penaltidən fərqlənən Keyn dünya çempionatları tarixində 5 penalti qoluna çatan ilk futbolçu olub.

İngiltərə millisinin kapitanı 2018-ci il mundialında 3, 2022-ci ildə 1, 2026-cı ildə isə hələ ki, 1 dəfə 11 metrlik cərimə zərbəsindən qol vurub.

Qeyd edək ki, İngiltərə və Xorvatiya L qrupunda Qana və Panama ilə mübarizə aparır.